mobil versiya

Tramp gələn həftə Hindistanın baş naziri Modi ilə görüşəcək



Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bazar günü sui-qəsd cəhdindən sonra ilk ictimai çıxışı edib.

D.Tramp deyib ki, o, gələn həftə Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.

Tramp görüşlə bağlı əlavə məlumat verməyib.

Prezident kimi Tramp 2020-ci ildə Hindistana səfər edərək iki ölkə arasında ticarət əlaqələrini inkişaf etdirməyə söz verib. ABŞ hazırda Hindistanın Çindən sonra ikinci ən böyük ticarət tərəfdaşıdır.

Modinin sentyabrın 21-dən 23-dək ABŞ-a səfəri və prezident Co Baydenin ev sahibliyi ilə Delaver ştatının Vilmington şəhərində keçiriləcək dördüncü Dördlü Liderlər Sammitində iştirak etməsi planlaşdırılır. Hindistanın baş naziri həmçinin Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak və çıxış edəcək. Bu, Modinin iyun ayında üçüncü dəfə prezident seçildikdən sonra ABŞ-a ilk səfəri olacaq.

Modinin 2023-cü ilin iyununda Vaşinqtona dövlət səfəri zamanı ABŞ və Hindistan ikitərəfli münasibətlərin yeni dövrünü göstərən bir sıra texnologiya və müdafiə sazişləri imzalayıb.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 18-09-2024, 12:11