mobil versiya

Putin Türkiyəyə gəlir, səfər gizli saxlanılır



Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyənin “dikGazete” nəşri yazıb.
Məlumata görə, Ankara səfərə hazırlaşsa da, Putinin gəlişi gizli saxlanılır.
Nəşrin yazdığına görə, Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan geniş spektrli məsələləri müzakirə edəcək və zəlzələ zonasına səfər edəcəklər.
Türkiyə prezident administrasiyasındakı mənbə Rusiya mediasına Putinin gözlənilən səfəri ilə bağlı məlumatsız  olduğunu bildirib.

KARUSEL / DÜNYA
Tarix: 27-03-2023, 13:01