mobil versiya

Pakistanda küçə cinayətlərində artım qeydə alınıb



Pakistan rupisinin dəyərdən düşməsi fonunda Pakistanda, xüsusən Karaçi, Lahor və İslamabadda küçə cinayətləri artıb.
Business Brecorder-in məlumatına görə, Pakistanda bəzi quldur dəstələri var ki, onlara qarşı müqavimət göstərilmir. 
Business Brecorder-in Vətəndaş-Polis Əlaqə Komitəsinə (CPLC) istinadən verdiyi məlumata görə, Kəraçi küçə cinayətlərində həyəcanverici artımın şahidi olub. İnsanlar müqavimət göstərdiklərinə görə quldurlar tərəfindən güllələnirlər. 2023-cü ilin ilk üç ayı ərzində 21,000-dən çox hadisə ilə bağlı məlumatlar daxil olub.
Quldurlar 34 nəfərin həyatına son qoyub, 150 nəfəri yaralayıb, avtomobil, motosiklet və mobil telefonların qaçırılması hallarının sayı isə 20.000-i keçib.
"Dawn" xəbər verir ki, hətta Ravalpindidə küçə cinayətləri yüksəkdir, çünki polisə 29 nəfərin motosikletini, 42 mobil telefonunu və dəyəri 3,5 milyon rupidən çox qızıl zinət əşyalarını itirdiyi 89 hadisə bildirildi.
Bütün faktlar polisdə qeydə alınıb, araşdırma başlansa da, şəhərdə küçə cinayətləri səngimək bilmir.
Hətta paytaxt İslamabad da təhlükəsiz deyil. Polisin bildirdiyinə görə, paytaxtda ayrı-ayrı quldurluqlar zamanı cinayətkarlar iki nəfəri güllələyib və yaralayıblar.
İslamabadın daxili işlər naziri Əbdül Rəhman Kancu İslamabadda küçə cinayətlərinin sayının artdığını etiraf edib.

KARUSEL / DÜNYA
Tarix: 10-04-2023, 17:46