mobil versiya

Çin prezidenti Si Cinpin Hindistanı Respublika Günündə "dost və tərəfdaş" adlandırıb






Çin prezidenti Si Cinpin Hindistan və Çini "yaxşı qonşular, dostlar və tərəfdaşlar" adlandıraraq Hindistan prezidenti Drupadi Murmuya Respublika Günü münasibətilə təbriklərini çatdırıb.

Bu barədə Çinin dövlət Siinxua xəbər agentliyinin məlumat verib. 

Cinpin bildirib ki, ikitərəfli münasibətlər son bir ildə yaxşılaşmağa davam edib və qlobal sülhün və rifahın təşviqi üçün böyük əhəmiyyətə malikdir. O, yaxşı qonşu və tərəfdaş olmağın hər iki ölkə üçün doğru yol olduğunu bir daha təkrarlayıb.

İki milləti "əjdaha və fil birlikdə rəqs edir" adlandıran Cinpin Çinin sabit və sağlam münasibətləri təmin etmək üçün bir-birinin narahatlıqlarını həll edərkən Hindistanla mübadilə və əməkdaşlığı genişləndirməyə ümid etdiyini söyləyib.

Keçən il bir sıra yüksək səviyyəli görüşlər sayəsində münasibətlər yaxşılaşma əlamətləri göstərməyə başlayıb. Qlobal dinamikanın dəyişməsi və ABŞ prezidenti Donald Trampın qarşıdurma xarakterli xarici siyasəti fonunda ticarət və investisiyaların artması ilə 2025-ci ildə birbaşa uçuşlar bərpa edilib.


Reportyor.az 


KARUSEL / DÜNYA
Tarix: Bu gün, 11:48