Çin lideri Trampa mesajında ABŞ-ı sabit əlaqələrə çağırıb
Çin prezidenti Si Cinpin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa müraciətində Pekin və Vaşinqton arasında sabit, sağlam və davamlı əlaqələrə çağırıb.
Reportyor.az dövlət yayımı CCTV-ə istinadla bildirir ki, bunu Çin lideri Trampa ünvanladığı təbrik mesajında deyib.
"Tarix göstərib ki, Çin və ABŞ əməkdaşlıqdan faydalanır və qarşıdurmadan əziyyət çəkir. Sabit, sağlam və davamlı Çin-ABŞ münasibətləri hər iki ölkənin ümumi maraqlarına uyğundur və beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur”.
Keçmiş prezidentin ikinci müddətə prezident seçilməsindən sonra Trampa ünvanladığı ilk mesajda Çin lideri hər iki tərəfin qarşılıqlı hörmət, dinc yanaşı yaşamaq və qazan-qazan əməkdaşlıq prinsiplərini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
O, Vaşinqton və Pekini dialoqu və kommunikasiyanı gücləndirməyə, fikir ayrılıqlarını düzgün idarə etməyə, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməyə və bu yeni dövrdə Çin və ABŞ-ın hər iki ölkəyə və dünyaya fayda gətirməsi üçün düzgün yol tapmağa çağırıb.
KARUSEL / DÜNYA
Tarix: 7-11-2024, 10:19