mobil versiya

İlham Əliyev və Paşinyan Vaşinqtona dəvət ediləcək – Blinkenin təşəbbüsü ilə görüşəcəkləri gözlənilir


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında mayın ikinci yarısında keçiriləcək görüş Vaşinqtonda baş tuta bilər.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.
Məlumata görə, görüşün təşəbbüskarı ABŞ dövlət katibi Entoni Blinkendir.
Xarici İşlər Nazirliyindəki mənbə nəşrə bildirib ki, Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür.
Xatırladaq ki, E.Blinkenin vasitəçiliyi ilə ilk belə görüş Münhen təhlükəsizlik konfransı çərçivəsində Almaniyada baş tutmuşdu. Daha sonra Avropa İttifaqının təşəbbüsü ilə liderlərin növbəti görüşünün Brüsseldə keçiriləcəyi ilə bağlı cəhdlər olsa da səmərəsiz qalıb.

KARUSEL / SİYASƏT
Tarix: 11-04-2023, 12:41