mobil versiya

Paşinyanın əleyhdarları İrəvanın mərkəzində mitinq keçirir



Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları paytaxt İrəvanın mərkəzi respublika meydanında mitinq keçirir.
“news.am”ın xəbərinə görə, “Vətən naminə Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarları qarşısında çıxış edir.
Xatırladaq ki, Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesini dayandırmaq üçün Kirantsdan İrəvana yürüş ediblər.
Mayın 9-da yürüş iştirakçıları İrəvanın Respublika meydanına çatıb və burada böyük aksiya keçirilib. Hərəkatın lideri Baqrat Qalstanyan Baş naziri Nikol Paşinyana istefa vermək üçün bir saat vaxt versə də, lakin bu baş tutmayıb. Bundan sonra o, mayın 10-da bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa çağırıb.(apa)
KARUSEL / DÜNYA
Tarix: 10-05-2024, 20:15