mobil versiya

Blinken, Ceyhun Bayramov və Mirzoyan arasında üçtərəfli görüş keçirilib - VİDEO



Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə bu görüş üçün təşəkkür edirəm. Mən son toqquşma zamanı həlak olanların doğmalarına və dostlarına səmimi başsağlığı verirəm.

Bunu ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdən sonra bildirib.

Blinken daha sonra qeyd edib: “Hər iki liderlə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığımda onlar sülh üçün hazır olduqlarını bəyan ediblər.

Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var”.//APA

***
Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinken, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar başlayıb.
Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə keçirilir.
Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.//Report



MANŞET / SON XƏBƏR / GÜNDƏM / SİYASƏT
Baxılıb: 47 Tarix: 20-09-2022, 02:45



Şərh bildir
yenilə, əgər kod görünmürsə