mobil versiya

PACJA Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyi ilə bağlı bəyanat yayıb



Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) 51 ölkədən QHT-ləri özündə birləşən, dünyada iqlimlə bağlı fəaliyyət göstərən nəhəng hərəkatdır. Keniyada mənzillənən PACJA Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirdiyinə dair bəyanat yayıb.
Bəyanatı Alyansın rəhbəri Mithika Mwenda və 128 Afrika QHT-si imzalayıb.
Bəyanatda deyilir:
"Biz, aşağıda imzaları qeyd olunan vətəndaş cəmiyyəti təşkilatları COP29 sədrliyini və tədbirə evsahibliyi edən ölkəni - Azərbaycan Respublikasını dünya birliyini davamlı, iqlim dəyişmələrinə qarşı dayanıqlı və ekoloji cəhətdən ədalətli gələcəyə doğru aparmaq üçün əhəmiyyətli missiyanı yerinə yetirməyi öz üzərinəgötürdüyü üçün səmimi qəlbdən dəstəkləyirik.
Planetar miqyaslı fövqəladə vəziyyət və planetimizin üzləşdiyi təcili ekoloji problemlərlə bağlı ümumi narahatlığımızı nəzərə alaraq, Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə öhdəliyini və qlobal diplomatik, siyasi və iqtisadi qarşılıqlı fəaliyyətlərdə nümayiş etdirdiyi liderlik keyfiyyətlərini yüksək qiymətləndiririk.
Hazırda biz iqlim dəyişmələrinin təsirini azaltmaq, həssas cəmiyyətləri qorumaq, səmərəli şəkildə uyğunlaşmaq, dayanıqlılıq yaratmaq və gələcək nəsillər üçün əvəzolunmaz ekosistemlərimizi qorumaq üçün cəsarətli və qətiyyətli addımların lazım olduğu bir dönüş nöqtəsindəyik.
Bu kontekstdə biz Azərbaycanı dialoqun, əməkdaşlığın, inklüzivliyin və innovativ tədbirlərin təşviqində, eləcə də iqlim dəyişmələri ilə mübarizə üzrə qlobal tədbirlərin təcili şəkildə həyata keçirilməsində aparıcı rol oynamağa çağırırıq.
Azərbaycan COP-29-da qlobal lider rolunu öz üzərinə götürdüyü üçün biz Afrika vətəndaş cəmiyyəti təşkilatları olaraq onun faydalı əməkdaşlığı inkişaf etdirmək, iddialı vədlərə töhfə vermək, dünyanı aşağı karbonlu və iqlim dəyişmələrinə ilə bağlı davamlı inkişaf yollarına keçirmək qabiliyyətinə dərindən inanırıq.
İqlim dəyişikmələri ilə mübarizəni gücləndirmək və planetimiz, gələcək nəsillər üçün perspektivli bir gələcək hazırlamaq üçün biz dünyanın vətəndaş cəmiyyəti üzvlərinin kollektiv səylərinin faydalılığına inanınıq”.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-05-2024, 18:25