mobil versiya

BMT İnkişaf Proqramı Azərbaycan COP28 çərçivəsində İqlim Fəaliyyətinə Doğru Addımlar Atır



BMT-nin İnkişaf Proqramı (BMTİP) tarixində ilk dəfə olaraq “Tərəflərin Konfransı” və ya “COP” kimi tanınan BMT-nin iqlim dəyişikliyi üzrə illik konfransında iştirak edib. 
Builki tədbirdə EU4Climate və Yaşıl İqlim Fondu tərəfindən maliyyələşdirilən Milli Uyğunlaşma Planı (MUP) layihələr COP28-in Azərbaycan ölkə pavilyonunda BMTİP Azərbaycanı təmsil edib.
EU4Climate təşəbbüsü və MUP layihələsi Azərbaycanın Paris Sazişi çərçivəsində iqlimlə bağlı götürdüyü öhdəliklərin icrasında mühüm rol oynayır.
Tədbirdə EU4Climate layihəsinin milli koordinatoru Nazim Məmmədov və Milli Uyğunlaşma Planı (NAP) layihəsinin rəhbəri Zaur Əliyev “Azərbaycanın Davamlı Gələcək üçün İqlim dəyişmələrinə qarşı mübarizə üzrə fəaliyyət” adlı təqdimatla çıxış ediblər.
“COP28-də iştirak etmək bizə Azərbaycanın iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərinin azaldılması üzrə səylərini qlobal miqyasda nümayiş etdirmək, eləcə də digər ölkələrlə təcrübə mübadiləsi aparmaq imkanı verir,” Zaur Əliyev vurğulayıb.
Çıxışı zamanı Nazim Məmmədov prioritet sektorlar üçün modelləşdirmə və müxtəlif inkişaf ssenarilərinin tədqiqi ilə məşğul olan EU4Climate layihəsinin rolunu vurğuladı.

“EU4Climate layihəsi çərçivəsində nail olunan bu önəmli hadisə genderə həssas, Uzunmüddətli Aşağı Emissiyalı İnkişaf Strategiyasının (LT-LEDS) inkişafının təzahürüdür. Qeyd olunmalıdır ki, bu strategiya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrində (NDC) göstərilən hədəflərlə uyğundur” EU4Climate layihəsinin rəhbəri Nazim Məmmədov qeyd edib.
Təqdimat BMT İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi-nin birgə təşkil etdiyi COP28 yan tədbiri çərçivəsində keçirilib. ETS Naziri M. Babayev və BMT İP-nin Təbiət, İqlim və Enerji üzrə İcraçı Koordinator və Ətraf Mühitin Maliyyəsi üzrə Direktoru Pradeep Kurukulasuriya açılış nitqləri ilə tədbirə qoşulub, həmçinin Avropa və Mərkəzi Asiya Regionu üzrə İqlim Dəyişiklikləri üzrə Mütəxəssis Nuri Özbağdatli əsas məruzəçi kimi tədbirə qatılıb.
“BMTIP və Azərbaycan arasında tərəfdaşlıq iqlim fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə innovasiyaların, bilik mübadiləsinin və potensialın artırılmasının təşviqində mühüm rol
oynayıb,” Pradeep Kurukulasuriya çıxışında deyib. “Birlikdə, son 30 il ərzində dayanıqlı inkişafı təşviq edən, biomüxtəlifliyi qoruyan və icmaların dəyişən iqlimə uyğunlaşması və azaldılması üçün səlahiyyətlər verən layihələri həyata keçirmək üçün çoxsaylı donorların, xüsusən də Qlobal Ekoloji Fond (GEF) və Yaşıl İqlim Fond (GCF) dəstəyi ilə BMTİP Azərbaycanla tərəfdaşlıq edir.”
KARUSEL / İQTİSADİYYAT
Tarix: 13-12-2023, 13:53