mobil versiya

“Min bir gecə” baleti yenidən səhnədə



Mayın 17-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq.
Tamaşanın nümayişi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq.
Təqdim olunacaq balet tamaşasında əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər Ayan Eyvazova və Seymur Qədiyev ifa edəcəklər.
Tamaşanın dirijoru Orxan Həşimov, balet truppasının bədii rəhbəri Kamilla Hüseynovadır
Biletlər şəhərin bütün kassalarında və iticket.az saytından əldə etmək olar.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 8-05-2023, 12:58