mobil versiya

“Orfey və Evridika” Opera və Balet Teatrının səhnəsində



Aprelin 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında alman bəstəkar Kristof Qlyükün məşhur “Orfey və Evridika” opera&baleti nümayiş olunacaq.
Teatrdan bildirilib ki, səhnə əsərində əsas rolları Qazaxıstan Milli Opera və Balet Teatrının solisti Zarina Altınbayeva, həmçinin teatrımızın aparıcı solistləri, Əməkdar artistlər İlham Nəzərov, İnarə Babayeva və başqaları ifa edəcək.
Quruluşçu rejissoru Xalq artisti Kamilla Hüseynova olan səhnə əsərinin xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Tamaşa Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 11-04-2023, 16:36