mobil versiya

Sabahın hava proqnozu açıqlanıb



İyulun 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkənbuludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20° isti, gündüz 25-29° isti olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, gecə saatlarında yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.

KARUSEL / ÖLKƏ
Tarix: 17-07-2023, 12:51