mobil versiya

“Telecom Armenia bütün müştəriləri ələ keçirdi” -Osman Gündüz


Karabakh Telecom-un +374 097 xx xx xx üzərində olan bütün müştərilərini Telecom Armenia ələ keçirdi.
Karabakh Telecom həm Ermənistanın beynəlxalq kodu +374 , həm də regional mobil rabitə kodu, 097-dən istifadə edirdi.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Facebook sosial şəbəkədə yazıb.
Ötən gün Ermənistanın Tənzimləyici qurumu 097 kodunun Telecom Armenia mobil operatoruna verilməsi haqqında qərar qəbul edib.
Beləliklə də, Telecom Armenia Qarabağda yaşayan və Ermənistandan olanlarla birlikdə 200 000 mindən çox +374 97 xx xx xx mobil nömrəli müştəri əldə etmiş oldu.
Bu operator əvvəllər Rusiyanın Veon, Beeline markaları altında fəaliyyət göstərib.
2020-ci ildə Ayk və Aleksandr Eseyan qardaşları onun bütün səhmlərini alıblar.
Hazırda bu sövdələşmə ilə bağlı məhkəmə çəkişməsi gedir.
Xatırladıram ki, Karabakh Telecom əvvəldən də bu operatorla əməkdaşlıq edirdi.
Yeri gəlmişkən, Karabakh Telecom-un son sahibi hazırda DTX zirzəmisində olan keçmiş "prezident" Arayik Arutunyan olub.
O, 2-ci Qarabağ Savaşı zamanı 15 il Livan ermənilərinə məxsus olan bu şirkəti zorla ələ keçirmişdi.

KARUSEL / GÜNDƏM
Tarix: 5-10-2023, 14:52