Sudanın Əl-Fəşir şəhərinin mühasirəsində 700-dən çox insan həlak olub
BMT-nin insan haqları üzrə komissarı Volker Türk Sudanın Şimali Darfur əyalətindəki əl-Fəşirdə may ayından bəri 700-dən çox adamın öldürüldüyünü və şəhərin mühasirəsini dayandırmaq üçün paramilitar Çevik Dəstək Qüvvələrinə müraciət edərək bildirib.
Reportyor.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk açıqlamasında deyib.
"Mühasirə və amansız döyüşlər hər gün böyük miqyasda həyatları məhv edir. Bu həyəcanlı vəziyyət davam edə bilməz. Çevik Dəstək Qüvvələri bu dəhşətli mühasirəni dayandırmalıdır”.
BMT-nin hüquqlar bürosu may ayından bəri ən azı 782 mülki şəxsin ölümünü və 1143-dən çox yaralının olduğunu sənədləşdirdiyini, qismən bölgədən qaçanların müsahibələrinə əsaslanan dəlillərə istinad edərək bildirdi. Bildirilib ki, itkilər RSF-nin sıx məskunlaşmış yaşayış məntəqələrini müntəzəm və intensiv atəşə tutması, eləcə də Sudan Silahlı Qüvvələrinin təkrar hava hücumları fonunda baş verib.
BMT-nin insan haqları ofisi bildirib ki, mülki şəxslərə qarşı bu cür hücumlar müharibə cinayəti sayıla bilər. Hər iki tərəf dəfələrlə mülki şəxslərə qəsdən hücum etməyi təkzib edib və bir-birini əl-Fəşir və onun ətraflarında bunu etməkdə ittiham edib.
Sudan ordusu və RSF 18 aydan çoxdur ki, qarşıdurmadadır və bu, 12 milyondan çox insanın evlərindən didərgin düşdüyü və BMT agentliklərinin yardım çatdırmaq üçün mübarizə apardığı dərin humanitar böhrana səbəb olub.
Əl-Fəşir RSF ilə Sudan ordusu və onun müttəfiqləri arasında ən fəal cəbhə xəttlərindən biridir və onlar Darfur bölgəsində son dayağı saxlamaq üçün mübarizə aparırlar. Müşahidəçilər RSF-nin oradakı qələbəsinin keçən il Qərbi Darfurda baş verdiyi kimi, etnik qisas gətirə biləcəyindən ehtiyat edirlər.
Yerli əhalinin dediyinə görə, bu ayın əvvəlində RSF əsas xəstəxanaya hücum edərək ən azı 9 nəfəri öldürüb.
Mütəxəssislərin yarım milyondan çox əhali arasında aclığın baş verdiyini söylədiyi yaxınlıqdakı Zəmzəm düşərgəsi də son iki həftə ərzində RSF artilleriyasının atəşinə məruz qalıb və minlərlə insan düşərgəni tərk etməyə məcbur olub.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:12