mobil versiya

Qarşıdurma zamanı Sudanda 13 mindən çox insan həlak olub



Sudanda son bir il ərzində silahlı qarşıdurma zamanı 13 mindən çox insan həlak olub.
Bu barədə ölkənin səhiyyə naziri Heysam Məhəmməd İbrahim bildirib.
Onun sözlərinə görə, daha 30 mindən çox insan yaralanıb. Paytaxt Xartum əyalətində Çevik Reaksiya Qüvvələrinin atəşə tutması səbəbindən xəstəxana və tibb müəssisələrinin 70 faizdən çoxu sıradan çıxıb.
Qeyd edək ki, ötən ilin aprelin 15-dən Sudanda Çevik Reaksiya Qüvvələri ilə nizami ordu arasında ağır döyüşlər gedir.
Beynəlxalq Qızıl Xaç Komitəsi ölkədə aylarla davam edən döyüşlərin xəstəliklərin yayılmasına və səhiyyə sisteminin ölümcül çöküşünə səbəb ola biləcəyini bildirib.
BMT-nin məlumatına görə, Sudanda 8,2 milyondan çox insan döyüşlər səbəbindən evlərini tərk edib, təxminən 1,7 milyon nəfər isə qonşu ölkələrə qaçıb.


KARUSEL / DÜNYA
Tarix: 15-04-2024, 09:01