mobil versiya

Sudanda silahlı münaqişə zamanı 430 min nəfər evlərini tərk edib


Sudanda davam edən silahlı münaqişə nəticəsində təqribən 430 min sakin evlərini tərk edib, onlardan 100 mini qonşu ölkələrə qaçıb. Bu barədə BMT-nin son məlumatında bildirilir.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) bildirib ki, Sudan ordusu və Çevik Dəstək Qüvvələri arasında döyüşlərin davam edəcəyi təqdirdə bu ölkəni 800 mindən çox insan tərk edə bilər. Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) isə hazırda Sudanda 334 min məcburi köçkünün olduğunu bəyan edib. UNHCR-in sözçüsü Olqa Sarrado Cenevrədə keçirilən brifinqdə jurnalistlərə bildirib ki, 100 min sudanlı qonşu ölkələrə qaçıb, onların əksəriyyəti sərhədlərin açıq olduğu Cənubi Sudana sığınıblar.
IOM-un məlumatında qeyd edilib ki, 334 min məcburi köçkünün 72 faizi, təqribən 240 min nəfər Qərbi və Cənubi Darfur bölgəsində sığınacaq tapıb. Hazırda humanitar fəlakət həddinə çatmış bu ölkə beynəlxalq yardımların da 1,5 milyard dollarlıq hissəsindən məhrum olub. BMT-nin Humanitar agentliyinin əməkdaşı Cens Lerk qeyd edib ki, Sudana ayrılan humanitar yardımın yalnız 14 faizi ünvana çatıb. Onun sözlərinə görə, döyüşlərin uzun müddət davam edəcəyi təqdirdə bu ölkədə aclıq fəlakəti baş verə bilər.

KARUSEL / DÜNYA
Tarix: 2-05-2023, 17:35