mobil versiya

Sudanda döyüşlər nəticəsində ölənlərin sayı 300-ə çatıb



Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmalar nəticəsində həlak olanların sayı 300 nəfərə çatıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus özünün tviter hesabında yazıb. Onun sözlərinə görə, döyüşlər zamanı, həmçinin 3 mindən çox insan yaralanıb.
ÜST-nin Baş direktoru səhiyyə müəssisələrinə hücumları qınayıb və onları beynəlxalq hüququn kobud surətdə pozulması adlandırıb. O, Sudandakı münaqişə tərəflərini humanitar atəşkəsə çağırıb və sülhün yeganə həll yolu olduğunu bildirib.
Qeyd edək ki, Sudan ordusunun komandanı Əbdül Fəttah əl-Burhanla xüsusi təyinatlı qüvvələrin rəhbəri Məhəmməd Həmdan Daqalo arasında fikir ayrılığı ölkədə vəziyyətin gərginləşməsinə səbəb olub. Aprelin 15-də Merove şəhərində və paytaxt Xartumda iki güc strukturu arasında ağır silahların da istifadə olunduğu toqquşmalar başlayıb.

KARUSEL / DÜNYA
Tarix: 20-04-2023, 12:45