mobil versiya

Son sutkada Azərbaycanda 81 nəfər koronavirusa yoluxub


Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 81 yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 825 min 737 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 815 min 141 nəfər müalicə olunaraq sağalıb, 10 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 594 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 100, bu günə qədər isə ümumilikdə 7 milyon 415 min 31 test icra olunub.

SAĞLAMLIQ / KARUSEL
Tarix: 22-12-2022, 17:04