Azərbaycanda son sutkada 1931 nəfər COVID-19-dan sağalıb, 685 nəfər yoluxub, 27 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan REPORTYOR.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 222 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib, aktiv xəstə sayı 16 513 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 915, ötən müddət ərzində isə ümumilikdə 2 241 908 test aparılıb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 7-01-2021, 16:56