Sudanda evlərini tərk edənlərin sayı 700 000-i keçib
Sudanda silahlı qarşıdurma nəticəsində evlərini tərk edənlərin sayı 700 000-i keçib.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından bildirilib.
Məlumata görə, son bir həftədə yaşayış yerlərindən didərgin düşənlərin sayı 600 000 nəfər artıb. Onlar məktəblərdə, inzibati binalarda yerləşdirilib.
Qeyd edək ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb.
Nəticədə 604 nəfər ölüb, 5 mindən çox insan yaralanıb.
KARUSEL / DÜNYA
Tarix: 10-05-2023, 14:22