mobil versiya

Co Bayden Sudana əlavə qüvvələr göndərməyə hazır olduğunu bildirib



Sudandakı vəziyyətlə əlaqədar ABŞ dövlət qulluqçularının təhlükəsizliyini təmin etmək üçün Amerika əsgərləri Cibutidə qalacaq, lazım gələrsə əlavə qüvvələr bölgəyə göndərilməyə hazırdır.
Bu barədə ABŞ prezidenti Cozef Baydenin Konqres liderlərinə diplomatların Sudan ərazisindən təxliyəsi üçün təyyarədən istifadə edilməsi ilə bağlı ünvanlanmış yazılı bildirişdə qeyd olunub.
Xatırladaq ki, Sudanda vəziyyət Suveren Şuraya da rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə xüsusi təyinatlıların rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) arasında fikir ayrılığı səbəbindən gərginləşib. Aprelin 15-də Merov və Xartumdakı hərbi baza yaxınlığında bu iki struktur arasında toqquşma başlayıb. Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlər başlayandan bəri ölkədə 600-dən çox insan həlak olub. Ümumdünya Səhiyyə Təşkilatı 420 nəfərin münaqişə qurbanı olduğunu, 3,7 mindən çox insanın yaralandığını bildirib.

KARUSEL / DÜNYA
Tarix: 24-04-2023, 09:36