BMT-nin ü əməkdaşı Sudanda hava bombardmanı nəticəsində ölüb
BMT-nin üç əməkdaşı ötən gün Sudanda hava bombardmanı nəticəsində həlak olub.
Reportyor.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP)məlumat yayıb.
“ÜƏP 2024-cü il dekabrın 19-da Sudanda havadan bombardman nəticəsində üç əməkdaşının öldürülməsindən hiddətlənib. Hücum zamanı WFP-nin sahə ofisi vurulub. Biz daha çox məlumat toplayırıq və daha çox öyrəndikcə yenilikləri təqdim edəcəyik”.
Müharibə 2023-cü ilin aprelindən faktiki hökmdar Əbdülfəttah əl-Burhanın rəhbərliyindəki Sudan ordusu ilə onun keçmiş müavini Mohamed Hamdan Dagalonun rəhbərlik etdiyi paramilitar Çevik Dəstək Qüvvələri (RSF) arasında gedir.
Ümumdünya Ərzaq Proqramı cümə axşamı xəbərdarlıq edib ki, Sudan yaxın tarixdə dünyanın ən böyük aclıq böhranına çevrilmək təhlükəsi ilə üzləşir, ölkədə 1,7 milyon insan ya aclıqla, ya da qıtlıq təhlükəsi ilə üzləşir.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:46