Xorvatiyada yeddi yaşlı qız məktəbdə bıçaqlı hücumda öldürülüb
Xorvatiyanın paytaxtı Zaqrebdə məktəbdə bıçaqlı hücum nəticəsində 7 yaşlı qız ölüb, bir müəllim və daha beş şagird yaralanıb.
Reportyor.az yerli mediaya istinadla xəbər verir ki, polis hücumun səhər saat 9:50-də eyniadlı məhəllədəki Precko ibtidai məktəbində baş verdiyini bildiriblər. Hücumçunu gənc kişi kimi təsvir edib və onun saxlanıldığını deyiblər.
Səhiyyə naziri İrena Hristiç hücumçunun 18 yaşdan yuxarı olduğunu, media isə onun 19 yaşında olduğunu bildirib.
Xorvatiya mətbuatının yaydığı videogörüntülərdə uşaqların məktəb binasından qaçması və tibbi helikopterin məktəbin həyətinə enişi əks olunub.
Baş nazir Andrej Plenkovic hökumət iclasının əvvəlində hücumdan dəhşət keçirdiyini və səlahiyyətlilərin hələ də nə baş verdiyini dəqiqləşdirməyə çalışdıqlarını söylədi. Plenkoviç bildirib ki, bir neçə uşaq Zaqrebdə müxtəlif xəstəxanalara aparılıb.
Dövlət HRT televiziyası hücumçunun məktəbə girdiyini və birbaşa tapdığı birinci sinif otağına girdiyini və uşaqlara hücum etdiyini bildirib.
Xorvatiyada məktəbə hücumlar nadirdir. Keçən may ayında qonşu Serbiyada bir yeniyetmə paytaxt Belqradda məktəbə atəş açaraq 9 tələbə yoldaşını və bir məktəb mühafizəçisini öldürmüşdü.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:20