mobil versiya

500-ə yaxın qızın təhsil aldığı iki qız məktəbi partladılıb



Pakistanın Xayber-Paxtunxva əyalətində, Şimali Vəziristan rayonundakı Mirəli şəhərində fəaliyyət göstərən iki qız məktəbi bazar günü axşam saatlarında partladılıb.
"Dawn" xəbər verir ki, hadisələrdə insan tələfatı qeydə alınmayıb.
Polisin məlumatına görə, Hökümət Qızlar Orta Məktəbi, Nur Cənnət və Hökumət Qızlar Orta Məktəbi Yunus Kot gecə yarısı hücumçuların hədəfinə çevrilib.
Yerli sakinlər iki məktəbdə 500-ə yaxın qızın təhsil aldığını bildiriblər.
Şimali Vəziristan əyalətinin polis məmuru Saleem Riaz bunun silahlı hücum olduğunu və polisin terrorla mübarizə departamentinin işi araşdıracağını bildirib. 
Bu ayın əvvəlində Xeyber-Paxtunxvanın Kurram rayonunda bir məktəbdə atışma nəticəsində altı məktəb müəllimi həlak olmuşdu.
KARUSEL / DÜNYA
Tarix: 24-05-2023, 13:06