“Yay məktəbi”ndə hansı müəllimlərin dərs keçəcəyi məlum olub
“Yay məktəbi”ndə dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər”.
REPORTYOR.AZ xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O qeyd edib ki, iki həftəlik “Yay məktəbi” bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: “Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəndənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”.
V.Yayublu əlavə edib kİ, “Yay məktəbi”nin təşkili bütün məktəblər üçün keçərlidir: “Bir dərs müddəti 45 dəqiqə olacaq”.
Qeyd edək ki, iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. İyunun 30-dək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.
SON XƏBƏR / KARUSEL / GÜNDƏM
Tarix: 1-06-2021, 13:31