mobil versiya

Azərbaycan universitetlərində dərs ili uzadıldı




Təhsil Nazirliyi Azərbaycan ali məktəblərində dərs ilinin uzadılması haqda qərar verib.

"Report" xəbər verir ki, bu barədə Təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.

Belə ki, dərslər mayın 30-da deyil, iyunun 15-də bitəcək. İmtahanlar isə 15 iyunda başlayacaq və 13 iyulda başa çatacaq.

Belə ki, buraxılış kursları istisna olmaqla digər tələbələrin dərsləri martın 27-də başlanacaq və mövcud akademik təqvimlə müəyyən edildiyi kimi mayın 30-dək deyil, iyunun 15-dək davam edəcək (15 gün - 2 həftə artırılır). Müvafiq olaraq imtahan sessiyasına mövcud akademik təqvimdə ayrılan həftələrin sayı 5 deyil, 4 həftə müəyyən edilib və 15 iyun-13 iyul tarixlərində keçiriləcək.

SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 12-03-2020, 12:16