Pakistan Azərbaycan məhsullarının idxalı üçün gömrük güzəştləri elan edib
Pakistanın Federal Vergi İdarəsi (FBR), Azərbaycanla Preferensial Ticarət Sazişi çərçivəsində bir sıra məhsulların idxalı üçün tarif güzəştləri tətbiq edib.
FBR xəbər verir ki, saziş bu ilin 16 dekabr tarixindən qüvvəyə minib.
FBR tərəfindən dərc edilmiş bildirişə əsasən, güzəştlər aşağıdakı məhsulların idxalına şamil edilir: təmizlənmiş fındıq, ərik, bitki ekstraktları, emal olunmamış tütün, polietilen, propilen kopolimerləri, neft-qaz qazma işləri üçün korpus və qazma boruları, eləcə də maksimum diametri 6 mm-dən çox olan mis naqil.
Bütün məhsullar iki ölkə arasında imzalanmış sazişin şərtlərinə uyğun olmalıdır.
İdarədə qeyd edilib ki, bu güzəştlər ikitərəfli ticarətin inkişafına yönəldilib və preferensial sazişin məqsədlərinə uyğundur.(trend)
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 13:18