mobil versiya

İnsanlar Şahbaz Şərifin avtomobil karvanına hücum edib




Lahorda bir qrup insan keçmiş Baş nazir Şahbaz Şərifin avtomobil karvanına hücum edərək, onun olduğu avtomobilin ön şüşəsini sındırıb. 
“Express News”un məlumatına görə, Şahbaz qarşıdan gələn seçkilərlə əlaqədar öz dairəsinin seçiciləri ilə ünsiyyət qurmaq məqsədi ilə şəhəri gəzirmiş. Lakin izdiham onun maşınına mane olub. Hadisənin videogörüntüləri sosial şəbəkələrdə yayılıb.

Keçmiş baş nazirin avtomobilini dövrəyə alan insanlar onu Lahorun Kahna bölgəsində pisləşən drenaj sisteminin pisləşməsinə görə tənqid edib.
Sonradan Baş nazir "X" platformasında paylaşım edərək qeyd edib ki, avtomobilini saxlayan kütlənin nümayəndələri ilə görüşüb, onların narahatlığını dinləyib.
KARUSEL / DÜNYA
Tarix: 6-10-2023, 12:24