mobil versiya

Müdafiə Nazirliyinin nümayəndə heyəti bu gün İrəvana gedəcək



Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlıların regiondan çıxması müddətini müzakirə etmək məqsədilə oktyabrın 6-da İrəvana səfər edəcək.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinin keçirəcəyi görüşdə sülhməramlıların regiondan çıxması müddəti konkret olaraq müzakirə ediləcək.
Qeyd edək ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti olaraq 5 il müddətinə yerləşdirilib.(report)

KARUSEL / GÜNDƏM
Tarix: 6-10-2023, 13:35