mobil versiya

Bu ölkə bu il Ukraynadan milyon ton taxıl tranzitini təmin edəcək



Slovakiya 2023-cü ildə öz ərazisi vasitəsilə Ukraynadan milyon ton taxıl tranzitini təmin edəcək və gələcəkdə Qara dənizdəki limanların bağlı qalacağı təqdirdə bu göstəricini dəfələrlə artıracaq.
“Slovakiya dəmiryolları” səhmdar cəmiyyətinin Baş direktoru Roman Qono deyib ki,bunun üçün vaqon parkının təkmilləşdirilməsinə və istifadə olunan texnologiyaları inkişafına sərmayə qoyulmalıdır. Bu işlərə tələb olunan vəsaitin böyük hissəsi Avropa İttifaqı tərəfindən ödəniləcək. Brüssel Avropa İttifaqı ilə Ukraynanın dəmiryol şəbəkəsinin birləşdirilməsinə azı 68 milyon avro ayıracaq. Vəsaitin bir hissəsi artıq Bratislavaya təqdim olunub.

KARUSEL / DÜNYA
Tarix: 6-10-2023, 13:54