Qarabağ bölgəsində xeyli sayda mina və əldəqayırma partlayıcı qurğular aşkar edilib
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı içərisində xeyli sayda müxtəlif təyinatlı mina və kustar üsullarla hazırlanmış əldəqayırma partlayıcı qurğularla dolu anbarlar Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, aşkar edilmiş anbarlarda mövcud minaların bir qisminin 2021-ci ildə Ermənistanda istehsal olunduğu, əldəqayırma partlayıcı qurğuların isə artilleriya mərmilərindən kustar üsullarla hazırlandığı müəyyənləşib.
Xatırladaq ki, lokal xarakterli antiterror tədbirlərindən əvvəl Ermənistandan Qarabağ bölgəsinə dəfələrlə qanunsuz hərbi daşımaların həyata keçirilməsi barədə Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumatlar verilib.
KARUSEL / ÖLKƏ
Tarix: 20-10-2023, 09:22