mobil versiya

"Qəzza zolağında quru əməliyyatı qəfil başlayacaq" - İsrail səfiri



İsrailin Qəzza zolağına quru əməliyyatı əvvəlcədən elan edilmədən qəflətən başlayacaq.
TASS xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Ben Svi Qəzza zolağında quru əməliyyatın başlayacağı müddəti şərh edərkən bildirib.
“Belə əməliyyatlar bir növ üstünlük yaratmaq üçün gözlənilmədən başlayır”, səfir vurğulayıb. O əlavə edib ki, belə əməliyyatların gün və saatı açıqlanmaz.
Səfir yaxın və ya iki həftə ərzində müvafiq əməliyyatın başlanması ehtimalı ilə bağlı fikirlərə də münasibət bildirib: “Ehtimalllardan asılı olmayaraq, bizdə belə bir məlumat yoxdur. Çünki bu, hökumət səviyyəsində, ordu rəhbərliyi səviyyəsində qəbul edilə biləcək qərardır”.(report)

KARUSEL / DÜNYA
Tarix: 26-10-2023, 14:53