mobil versiya

Qətər qadınları bir sıra rəhbər vəzifələri tutub



Qətər qadınları bir sıra rəhbər vəzifələri tutub.
Bunu Qətər sosial inkişaf və ailə İşləri Nazirliyinin Sosial İnkişaf üzrə nazir müavininin köməkçisi Fahid Mohd M H Al-Khayarin Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Qadınlarla kişilər eyni imkanlara malikdir. Qadınların hüquqlarının təşviqi və müdafiəsi, gender bərabərliyi dövlətin marağındadır. Qadınların bütün sahələrdə, xüsusilə qanunvericilik sahəsində töhfələr verməsi məqsədlərimiz arasındadır”,- deyə o, əlavə edib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.(trend)

KARUSEL / GÜNDƏM
Tarix: 20-11-2023, 15:02