mobil versiya

Azərbaycanın basketbol millisinin yeni baş məşqçisinin adı məlum olub



Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.
Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, bu vəzifə hazırda “NTD-İndiqo” komandasına başçılıq edən Tahir Baxşıyevə həvalə olunub.
"Neftçi" klubunun baş məşqçisi Anar Sarıyev isə onun birinci köməkçisi təyin edilib. Bundan əlavə, məşqçilər korpusunda ispaniyalı mütəxəssis Alberto Blanko da yer alacaq. Son olaraq İspaniyanın ikinci liqasında (LEB GOLD Spain) çıxış edən “Kaseres” klubunda əsas menecer və idman direktoru olan mütəxəssis Azərbaycan yığmasında ikinci köməkçi məşqçi kimi çalışacaq. Avropa basketbolunu yaxından tanıyan 53 yaşlı məşqçinin əsas vəzifələrindən biri rəqib komandaların oyunçularını dərindən təhlil etmək və yerli mütəxəssislərlə birlikdə onlara qarşı əks həmlələr hazırlamaq olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin ilk sınağı 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının ilkin təsnifat mərhələsində İsveçrə yığmasına qarşı oyun olacaq. Görüş 2024-cü il fevralın 22-də oynanılacaq.

KARUSEL / İDMAN
Tarix: 6-12-2023, 14:26