mobil versiya

Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkarlanıb



Binə qəsəbəsində odlu silah və 2 ədəd tüstülü əl qumbarası aşkar edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbəsi N.Abbasov küçəsində yerləşən yarımtikiliyə baxış keçirilib. Baxış zamanı oradan 1 ədəd “Toz 8” markalı ov tüfəngi və 2 ədəd "G-303 CSS” markalı tüstülü əl qumbarası aşkar edilib. Qeyd edilən silah və qumbaralar təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
KARUSEL / HADİSƏ
Tarix: 21-12-2023, 12:26