mobil versiya

Əvvəllər məhkum olunmuş şəxs saxlanılıb


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan Musayev saxlanılıb.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Ondan 5 qrama yaxın metamfetamin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 24 qramdan artıq heroin, 420 qramdan çox metamfetamin, 38 ədəd metadon həbi və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
KARUSEL / HADİSƏ
Tarix: 29-12-2023, 11:42