mobil versiya

Xaricdə dini təhsil almış 19 nəfər Azərbaycanda din xadimi təyin olunub



Ali və orta ixtisas dini təhsili olan, həmçinin xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları din xadimi ola bilərlər. Dövlət Komitəsinin təşkil etdiyi müsahibələrdə xaricdə dini təhsil almış onlarla şəxs iştirak edib. Onlardan 19 nəfəri din xadimi təyin olunub.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.
Bu gün din sahəsi üzrə kadr hazırlığının önəmli məsələlərdən olduğunu bildirən şöbə müdiri qeyd edib: “Təsadüfi deyil ki, dövlətimizin başçısının Sərəncamı ilə 2018-ci ildə Azərbaycan İlahiyyat İnstitutu və Nazirlər Kabinetinin qərarı ilə 2023-cü ildə Bakı İlahiyyat Kolleci yaradılıb. Fəaliyyəti dövründə İnstitut Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan, Malayziya və digər ölkələrin müvafiq təhsil müəssisələri ilə əlaqələrini genişləndirib. Türkiyə və Qazaxıstanın ali dini təhsil müəssisələri ilə tələbə mübadiləsi proqramları da həyata keçirilib. Gələcəkdə bu istiqamətdə işlərin daha da genişləndirilməsi planlaşdırılır”.(azərtac)


KARUSEL / CƏMİYYƏT
Tarix: 1-02-2024, 16:05