mobil versiya

"Neftçi" bu gün "Qarabağ"la oynayacaq



Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə bu gün start veriləcək.
İlk olaraq "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
"Neftçi Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar indiyədək bu turnirdə 21 dəfə üz-üzə gəliblər. Bunların 10-da Ağdam təmsilçisi, 5-də paytaxt klubu qələbəyə sevinib, 6 matçda heç-heçə qeydə alınıb.
"Köhlən atlar" ölkə kubokundakı son 5 görüşdə rəqibinə uduzmayıb, "Neftçi" isə axırıncı 3 oyunda qol vurmayıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin "Zirə" - "Qəbələ" dueli aprelin 3-də baş tutacaq. Hər iki cavab qarşılaşması aprelin 24-də keçiriləcək.

KARUSEL / İDMAN
Tarix: 2-04-2024, 10:18