mobil versiya

Magistraturaların boş qalan plan yerlərinə ixtisaslaşma seçiminə start verilib



Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün bu gün ixtisaslaşma seçimi başlayıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ali təhsil müəssisələrinin magistraturalarına II tur qəbul üçün müxtəlif proqramlar üzrə birgə 837 dövlət sifarişli plan yeri qalıb.
Qeyd olunub ki, ixtisaslaşma seçimi avqustun 1-dən 8-dək aparılacaq.

KARUSEL / CƏMİYYƏT
Tarix: 1-08-2024, 08:49