mobil versiya

Bakıda ağacəkmə kampaniyası keçiriləcək



Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərinə və təşkilatlara müraciət ünvanlayıb.

Reportyor.az xəbər verir ki, BŞİH bildirir ki, yazın gəlişi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti şənbə günü, mart ayının 15-də paytaxtda ümumşəhər iməcliyi və ağacəkmə aksiyası keçirəcək.

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinlərini, müəssisə, idarə və təşkilatların kollektivlərini, həmçinin sahibkar və özəl sektorda çalışanları iməclikdə fəal iştirak etməyə çağırır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 14-03-2025, 10:08