mobil versiya

Dolaşıq hiylə: kişi qiyafəsində oğurluq edən qadın ifşa olunub



Babək rayonunda evlərin birindən 45 min manat pul oğurlanması barədə polisə məlumat daxil olub.

Babək Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, 32 yaşlı Ayşən Mustafayeva müəyyən edilərək saxlanılıb.

O, evə kişi geyimində daxil olaraq oğurluğu törədib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Reportyor.az
KARUSEL / HADİSƏ
Tarix: Bu gün, 14:56