Rusiya prezident administrasiyası rəhbərinin müavini istefa verib

Kreml cümə axşamı bildirib ki, Rusiya prezident administrasiyası rəhbərinin müavini Dmitri Kozak istefa verib, lakin bunun səbəbini və bundan sonra nə edəcəyini açıqlamayıb.
RBC xəbər orqanı daha əvvəl Kozakın istefa ərizəsi göndərdiyini və bizneslə məşğul olmaq üçün müxtəlif variantları nəzərdən keçirdiyini bildirmişdi.
Xəbərlə bağlı suala Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Mən təsdiq edə bilərəm ki, Dmitri Nikolayeviç Kozak istefa verib. Öz xahişi ilə."
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:18