Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini istefa verib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini istefa verib.
Azər Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa verdiyini açıqlayıb.
A.Zeynalov 1970-ci ildə Naxçıvanda anadan olub. O, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, V və VI çağırış deputatıdır.
Vasif Talıbovun MR Ali Məclisinin sədri vəzifəsindən istefa verməsindən sonra MR Konstitusiyasına uyğun olaraq, onun bütün səlahiyyətləri birinci müavin kimi Azər Zeynalova keçmişdi.
KARUSEL / GÜNDƏM
Tarix: 5-10-2023, 12:13