mobil versiya

BDYPİ xəbərdarlıq edib: Yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşma faciəvi nəticələrə səbəb olur



Yüksək sürət və təhlükəsizlik tələblərinə laqeyd yanaşma faciəvi nəticələrə gətirib çıxarır.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, oktyabrın 6-sı saat 12:00-da Gəncə şəhərinin Ə.Rəfibəyli küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin ehtimala əsasən, yüksək sürətlə hərəkət edən “Haval” markalı, 20-EF-785 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qarşısına anidən digər avtomobilin çıxması nəticəsində sürücü idarəetməni itirib və nəticədə yol kənarında hərəkət edən 3 piyadanı vurub. Hadisə nəticəsində 1 piyada hadisə yerində dünyasını dəyişib, digər 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
“Unutmayaq ki, yol hərəkəti qaydalarına əməl etmək sadəcə vəzifə deyil, həm də hərəkət iştirakçılarının təhlükəsizliyinə göstərilən hörmətdir”

Reportyor.az



KARUSEL / HADİSƏ
Tarix: 7-10-2025, 13:16