mobil versiya

Tokioda qızıl medal qazanan idmançılarımız coşqu ilə qarşılandı



"Tokio-2020" Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan komandasının bir hissəsi vətənə qayıdıb.

REPORTYOR.AZ “İTV”yə istinadən xəbər verir ki, yarışlar zamanı qızıl medal qazanan idmançılarımız hava limanında böyük coşqu ilə qarşılanıb.

Oyunlar zamanı Azərbaycana ilk qızıl medal qazandıran paracüdoçu Şəhanə Hacıyeva yaşadığı sevinc hisslərini belə ifadə edib:

“Bildiyiniz kimi ilk qızıl medalı Azərbaycana mən gətirdim, himnimizi səsləndirdim. Ən çətin qarşılaşmam fransalı idmançı ilə oldu. Çünki bizi orada çox sıxdılar. Bu qələbəmi Qarabağda şəhid olan və yaralanan əsgərlərimizə həsr edirəm”.

Qeyd edək ki, Azərbaycan idmançıları Yay Paralimpiya Oyunlarında 9 qızıl və 3 bürünc medal əldə ediblər. Növbəti Paralimpiya Oyunları 2024-cü ildə Parisdə baş tutacaq.

SON XƏBƏR / KARUSEL / İDMAN
Baxılıb: 603 Tarix: 30-08-2021, 16:30



Şərh bildir
yenilə, əgər kod görünmürsə