mobil versiya

Bakıda yaşayış binasında yanğın



Bakı şəhərində yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən REPORTYOR.AZ verilən məlumata görə, Binəqədi rayonunda ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 10 m² sahədə, dəhlizinin lambirindən ibarət tavanı 20 m² sahədə və dam örtüyü 2 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SON XƏBƏR / KARUSEL
Tarix: 28-10-2021, 10:00