Braziliyada daşqın qurbanlarının sayı 144 nəfərə yüksəlib

Bu barədə yerli G1 portalı məlumat yayıb.
Bildirilir ki, təbiət hadisəsi zamanı 800 nəfər xəsarət alıb, 125 nəfər isə itkin düşüb. Yağış və qasırğa 2 milyon 100 mindən çox insana zərər vurub.
81 min sakin kilsə, məktəb və idman salonlarına sığınıb. Ərazidə axtarış-xilasetmə işləri davam edir.
KARUSEL / DÜNYA
Tarix: 13-05-2024, 09:03