mobil versiya

Ukraynadan təxliyə olunan soydaşımız: “Xarkovda küçə müharibəsi gedir” - VİDEO



BAKU.TV Rusiya - Ukrayna müharibəsi ilə əlaqədar Ukraynanın Odessa şəhərindən Vətənə qayıdan ailənin qonağı olub.
Gəlini və nəvələri ilə birlikdə Ukraynanı tərk edən Vaqif Abbasquliyev təxliyə prosesindən, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun onlara köməyindən danışıb.
Müharibənin başlanmasından da bəhs edən V.Abbasquliyev deyib ki, Xarkovda hazırda küçə döyüşləri gedir.
“Odessalılar düşünürdü ki, şəhəri vurmazlar. Çünki burada rusiyalılar daha çox yaşayır. Ancaq müharibə başlayan gün əhali şəhəri tərk etməyə başladı”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Odessa kimi bolluq olan şəhərdə hazırda ərzaq qıtlığı yaşanır.



SON XƏBƏR / KARUSEL
Tarix: 2-03-2022, 10:07