mobil versiya

Ukraynadan təxliyyə olunan soydaşımız: "Xarkovda küçə müharibəsi gedir" - VİDEO



Baku TV Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Ukraynanın Odessa şəhərindən Vətənə qayıdan ailənin qonağı olub.

Gəlini və nəvələri ilə birlikdə Ukraynanı tərk edən Vaqif Abbasquliyev təxliyyə prosesindən, Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun onlara köməyindən danışıb.

Müharibənin başlanmasından da bəhs edən V.Abbasquliyev deyib ki, Xarkovda hazırda küçə döyüşləri gedir.
“Odessalılar düşünürdü ki, şəhəri vurmazlar. Çünki burada rusiyalılar daha çox yaşayır. Ancaq müharibə başlayan gün əhali şəhəri tərk etməyə başladı”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, Odessa kimi bolluq olan şəhərdə hazırda ərzaq qıtlığı yaşanır.
Daha ətraflı süjetdə:



SON XƏBƏR / KARUSEL
Tarix: 4-03-2022, 10:18